Xaçmazda şəhidin qardaşı intihar etdi

Xaçmazda şəhidin qardaşı intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini Rəsulov Hikmət Aslan oğlu özünü asaraq öldürüb.

İntiharın səbəbləri araşdırılır.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, intihar edən şəxs birinci Qarabağ müharibəsində şəhid olan İsmət Rəsulovun qardaşıdır.

0
7