Erməni mətbuatı Aygün Kazımovadan yazdı – VİDEO

Erməni mətbuatı Aygün Kazımovadan yazdı – VİDEO

Xalq artisti Aygün Kazımovanın yaxın günlərdə Hamburqda keçirilən “Daf Bama Music Awards - 2016” beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı ətrafında gedən söz-söhbət hələ də səngimək bilmir.

Yerli mətbuatda A.Kazımovanın mərasimdə erməni təxribatının qarşısını alması xəbəri böyük rezonans doğurdu. Sonradan isə bəzi saytlar Xalq artistini yalan danışmaqda ittiham etdi.

Bununla əlaqədar Aygün Kazımova məsələnin kifayət qədər ciddi olmasını, hətta təxribatın qarşısının alınması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Berlindəki səfirliyinin məsələyə qarışdığını əlavə etdi və saytların yalan yazdıqlarını bildirdi.

Bu barədə Oxu.Az-a A.Kazımovanın mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, bu dəfə isə erməni mətbuatı Aygün Kazımova haqqında yazıb. Müğənninin mükafat alarkən ingilis dilində “Çox sağ ol, Azərbaycan!”, “Çox sağ ol, Qarabağ!” deməsi erməniləri qıcıqlandırıb.

Hətta yarışmada Ermənistanı təmsil edən müğənni Andre bundan qəzəbləndiyini deyib:

“Əvvəlcə, mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur - red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi.

Bilirsiniz o, niyə belə etdi? Hər şey mənim məşq zamanı oxuduğum “Dağlar qızı” (“Sarı gəlin”i nəzərdə tutur - red.) mahnısından sonra oldu. Bildiyiniz kimi, azərbaycanlılar bu mahnını özününkü hesab edir. Həmin vaxt hiss etdim ki, o, məni izləyir. Həmin müğənni məhz bu səbəbdən eyni mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etmələri mənə çox gülməli gəldi.

Arsaxda (Qarabağ) onu tanımırlar. Tanımaq bir yana, nə onu, nə də ölkəsini qəbul etmirlər. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir? “Dağlar qızı” (“Sarı gəlin”) onların olduğu kimi, elə Arsax (Qarabağ) da onlarındır... Avropa səhnəsindən Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin həmin o naməlum Xalq artistini məmnuniyyətlə dəvət edərdim, gəlib Arsaxın və oranın əhalisinin gözəlliyini görsün”, - deyə Andre adlı müğənni kinayə ilə bildirib.

Erməni müğənninin məşq zamanı “Sarı gəlin” ifa etməsi.

0
7