Azərbaycan yığmasının futbolçusundan ədəbsiz jest - FOTO

Azərbaycan yığmasının futbolçusundan ədəbsiz jest - FOTO

“DÇ-2018”-in seçmə turunda San-Marino və Azərbaycan (0:1) arasında keçirilən matçdan sonra Azərbaycan yığmasının futbolçusu Məhəmməd Mirzəbəyov ədəbsiz jesti ilə kameralara düşüb.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, final fitindən sonra Mirzəbəyov gülümsəyərək San-Marino futbolçuları ilə söhbət edirmiş.

O, yəqin ki, matçlardan sonra olduğu kimi maykaları dəyişməyi təklif edib. Azərbaycan futbolçusu ona nə isə cavab verərək, tribunaya tərəf işarə edərək təhqiredici jesti göstərib.

Futbolçumuzun bununla nə demək istədiyini ehtimal etmək olar. Ola bilər ki, o, San-Marino futbolçusuna orijinal üsulla əgər maykanı dəyişdirsə, onu tənbeh edəcəklərini bildirmək istəyib.

0
9