Avstraliyada gənc İŞİD tərəfdarına 10 il iş kəsildi

Avstraliyada gənc İŞİD tərəfdarına 10 il iş kəsildi

 Avstraliyada terror aktı hazırlamaqda günahkar bilinən 19 yaşlı İŞİD tərəfdarı Sevdet Besim on il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yanvarda həbs edilən S.Besim Melburn şəhərində  "Veteranlar Günü" bayramının qeyd edilməsi mərasimində partlayış törətməyə hazırlaşırmış.

Sevdet Besim bütün ittiham üzrə günahını boynuna alıb. Qeyd olunur ki, terrorçu partlayıcı maddəni Avstraliyanın dövlət rəmzi sayılan kenqurunun kisəsində yerləşdirmək fikrində olub.

0
6