Toyota Abşeron Mərkəzindən növbəti sərfəli kampaniya

Toyota Abşeron Mərkəzindən növbəti sərfəli kampaniya

Toyota Abşeron Mərkəzi daim diqqətdə saxladığı müştəri məmnuniyyəti və rahatlığının artırılması istiqamətində yeni kampaniyaya start verib.

Oxu.Az xəbər verir ki, bu gündən etibarən ehtiyat hissələri də daxil olmaqla 200 AZN-dən artıq dəyərdə servis xidmətindən istifadə edən hər bir avtomobil sahibinə kampaniya çərçivəsində 50 AZN məbləğində vauçer hədiyyə olunur.

Bu vauçer ilə müştəri servisə növbəti dəfə gəldiyi zaman istənilən xidmət haqqı və servis xərclərinin ödənişində hədiyyə olunan məbləğdən faydalanmaq fürsəti qazanır. Toyota Abşeron Mərkəzinin təqdim etdiyi kuponun etibarlılıq müddəti ondan rahat istifadəyə imkan verir. Belə ki, avtomobil sahibləri vauçerdən ilin sonuna qədər, yəni dekabrın 31-dək yararlana biləcəklər.

Qeyd edək ki, “Toyota”nın yeni rəsmi dileri olan Toyota Abşeron Mərkəzi bu ilin iyununda fəaliyyətə başlayıb. Mərkəz çox geniş – ümumi sahəsi 1000 kvadratmetr olan sərgi salonu və servis hissəsinə malikdir.

Qafqazda yalnız Toyota Abşeron Mərkəzinin salonu “Toyota”nın “GOLD” konsepsiyası əsasında hazırlanıb. Tamamilə şəffaf konsepsiya ziyarətçilərə servisin peşəkar ustalarının işini izləməyə, avtomobilə qulluq və texniki baxış prosesinin yaxından şahidi olmağa imkan verir.

Mərkəzin fəaliyyəti çoxşaxəlidir: burada həm yeni avtomobillərin satışı təşkil olunur, eyni zamanda, zəmanət üzrə servis və ümumi təmir xidmətləri göstərilir. Toyota Abşeron Mərkəzinin şəhərin əlverişli səmtində - (Bakı-Sumqayıt şosesi, 6-cı km) yerləşməsi də müştərilərin rahatlığına əlavə xal qazandırır.

Ətraflı məlumat üçün əlaqə telefonu:

Tel.: +994 12 349 00 60 / *0110

0
8