Xoşqədəm: Onun son sözlərini heç vaxt unutmayacağam – FOTO

Xoşqədəm: Onun son sözlərini heç vaxt unutmayacağam – FOTO

“Torpaqlarımız alınanda mənim sümüklərimi məzarımdan çıxarıb…”.

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə mərhum qardaşı ilə bağlı xatirələrini yazıb.

Oxu.Az xəbər verir ki, telejurnalist  bunları qeyd edib:

“Qardaşımın ailədə ən çox istədiyi mən olmuşam. Hamımızı o oxutdu. Ev aldı, qayğımızı çəkdi. İndi aramızda yoxdur. O, bizim həm qardaşımız, həm də atamız qədər sevib-saydığımız böyüyümüz idi. Onun mənə son sözlərini heç vaxt unutmayacağam: 

“Torpaqlarımız alınanda mənim sümüklərimi məzarımdan çıxarıb kəndimizin qəbiristanlığında, qardaşımın, əmimin məzarı yanında basdır”. 

Hər dəfə təhlükəli səfərlərə gedəndə dua edirdim ki, sağ-salamat geri dönüm. Axı qardaşıma söz vermişəm. Bu foto onun ən sevdiyi foto idi. Elə mənim də... Allah sənə rəhmət eləsin, mənim yaraşıqlı qardaşım”. 

0
12