Sərbəst güləş yığmamız dünya çempionatında ikinci oldu – FOTO

Sərbəst güləş yığmamız dünya çempionatında ikinci oldu – FOTO

Fransanın Makon şəhərindəki güləş üzrə gənclər arasında dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

Böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yarışa qatılan Azərbaycan sərbəst güləşçiləri 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
Qızıl medalı 55 kq çəkidə yarışan Əfqan Xaşalov qazanıb.

Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüb.

Komanda hesabında 49 xal toplayan Azərbaycan Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri 1 qızıl, 1 bürünc əldə edib. Habelə, qadın güləşçilərin mübarizəsində 1 bürünc medal qazanılıb.

0
9