Kanadada helikopter qəzası: 2 ölü, 1 yaralı

Kanadada helikopter qəzası: 2 ölü, 1 yaralı

Kanadanın Nyu-Bransuik əyalətində helikopter qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Kempbelton şəhəri yaxınlığında baş verib.

Helikopter elektrik xətlərinə ilişərək yerə düşüb.  Hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə məlumat verilmir.

Məlumata əsasən, qəza səbəbindən Nyu-Bransuik əyalətində 14 min ev elektrik enerjisiz qalıb.

0
12