Vanda PKK-çılar polis məntəqəsini atəşə tutdu

Vanda PKK-çılar polis məntəqəsini atəşə tutdu

PKK silahlıları Türkiyənin Van vilayətindəki  Edremit rayonunun polis məntəqəsini minaatanlardan  atəşə tutublar.

APA-nın “Anadolu” agentliyinə  istinadən verdiyi xəbərə görə, mərmilər məntəqənin yaxınlığındakı boş əraziyə düşüb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.   Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların saxlanılması məqsədi ilə bölgədə  əməliyyat aparılar.

0
9