DÇ-2018 seçmə mərhələsinin ilk oyunlarının NƏTİCƏLƏRİ

DÇ-2018 seçmə mərhələsinin ilk oyunlarının   NƏTİCƏLƏRİ

Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start verilib.

Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayıb.

2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq.

Milli komandamızla bərabər C, E və F qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda mübarizəyə start verib.

Bizim qrupumuzda Çexiya – Şimali İrlandiya qolsuz bərabərliklə başa çatıb. Norveç – Almaniya oyununda isə qonaqlar darmadağına seviniblər - 0:3.

E qrupunda Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfərində qalib müəyyənləşməyib - uyğun olaraq 2:2 və 1:1.

F qrupunda baş tutan Slovakiya - İngiltərə matçında britaniyalılar son saniyə qoluna seviniblər - 0:1. Litva – Sloveniya matçında tərəflər hərəyə bir xala razılaşıblar - 1:1.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

C qrupu

San-Marino – Azərbaycan - 0:1

Çexiya – Şimali İrlandiya - 0:0

Norveç - Almaniya - 0:3

E qrupu

Danimarka – Ermənistan - 1:0

Qazaxıstan – Polşa - 2:2

Rumıniya - Monteneqro - 1:1

F qrupu

Slovakiya – İngiltərə - 0:1

Litva – Sloveniya - 2:2

Malta – Şotlandiya - 1:5

0
86