Yük maşını yaşayış binasına çırpıldı: 1 ölü, 7 yaralı

Yük maşını yaşayış binasına çırpıldı: 1 ölü, 7 yaralı

Bolqarıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ağır tonnajlı yük maşını Lom şəhərində yaşayış binasına çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub.

Polis insidentlə əlaqədar araşdırma aparır.

0
14