Kiyevdə “İnter” telekanalının binası

Kiyevdə “İnter” telekanalının binası

Kiyevdə “İnter” telekanalının ofislərindən birinin yerləşdiyi bina yanır.

Oxu.Az “LİQA.net”ə istinadən xəbər verir ki, Şusev küçəsində yerləşən binada yanğının söndürülməsinə 7 yanğınsöndürən maşın cəlb edilib.

Ukrayna polisinin yaydığı məlumata görə, yerli vaxta saat 16.30 radələrində binada yanğın baş verib. Araşdırma zamanı məlum olub ki, 20-ə qədər insan “İnter” telekanalının Şusev küçəsindəki ofisinin qarşısına gəlib, turist çadırı qurub və təkərlər gətiriblər. Təkərlər yandırılaraq binaya atılıb. Polis olayda iştirak edən bir neçə nəfəri saxlayıb.

“İnter” telekanalının baş ofisi Kiyevin Dmitriyevsk küçəsində yerləşir. Hazırda yayımını davam etdirən “İnter” telekanalında telekanalın informasiya proqramının hazırlandığı ofisin yandırıldığı barədə “qaçan sətrlər”lə xəbər yayılıb. Qeyd edilib ki, televiziya studiyası məhz olub, yanğın davam edir. Binanın damında telekanalın işçiləri var, onlar evakuasiya edilmələrini gözləyirlər.

0
4