Berbatov özünə yeni klub tapdı

Berbatov özünə yeni klub tapdı

Ötən mövsümü Yunanıstan PAOK-unda keçirən keçirən bolqar hücumçu Dimitar Berbatov karyerasını A seriyasında savam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.

Karyerası ərzində “Bayer”, “Mançester Yunayted” və “Monako” kimi klublarda top qovmuş hücumçu “Palermo” ilə danışıq aparır. Sicilyalılar 35 yaşlı azad agent statusu daşıyan futbolçunu 1 illik heyətə cəlb etmək istəyirlər.

Qeyd edək ki, bu mövsüm Avroliqanın qrup mərhələsində “Qarabağ”la birlikdə J qrupunda mübarizə aparacaq PAOK ötən mövsüm də digər təmsilçimiz “Qəbələ” ilə eyni qrupda yer almışdı. Berbatov hər iki oyunda komandamıza qarşı çıxış etmişdi.

0
9