Türkiyə ilə Aİ arasında viza rejiminin ləğvi yenidən müzakirə olunacaq

Türkiyə ilə Aİ arasında viza rejiminin ləğvi yenidən müzakirə olunacaq

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük İyirmilərin sammitində iştirak etmək üçün getdiyi Çində Almaniya kansleri Angela Merkeli qəbul etdi.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, G-20 Liderlər Sammiti ərəfəsində keçirilən Ərdoğan-Merkel görüşündə ikitərəfli əlaqələr, Türkiyə-Aİ münasibətləri, Suriya və terrorla mübarizə məsələləri müzakirə olundu.

Merkel Almaniyanın dövlət çevrilişi cəhdini qınadığını və demokratiyanın yanında olduğunu vurğuladı.

Prezident Ərdoğan Merkelə Almaniyanın dəstəyi ilə yanaşı bu müddət ərzində iki dəfə telefon görüşü keçirdiklərinə görə də məmnuniyyət hiss etdiyini bildirdi.

Ərdoğan və Merkel Türkiyə-Almaniya iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da inkişaf etdirmək məsələsində qərarlı olduqlarını ifadə etdilər.

Türkiyə prezidenti görüşdə "Fərat Qalxanı" əməliyyatı ilə bağlı Merkelə məlumat verdi.

Suriyadakı böhranının siyasi həllə başa çatdırılmasının, sabitliyin yenidən bərqərar olmasının İŞİD və digər terror təşkilatları ilə mübarizə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyinə toxunan prezident Ərdoğan, Türkiyənin cənub sərhədi boyunca “terror dəhlizi” yaradılmasına icazə verməyəcəklərini vurğuladı.

Angela Merkel də, Türkiyənin başda İŞİD olmaqla terrorla mübarizəsini dəstəklədiklərini bildirdi.

Görüşdə prezident Ərdoğan və kansler Merkel Türkiyə-Avropa İttifaqı münasibətləri çərçivəsində Türkiyə vətəndaşlarına sərbəst viza rejiminin və Geri Qəbul Razılaşmasının eyni zamanda qüvvəyə mindirilməsinin təmin edilməsi ilə əlaqədar məsləhətləşmələrin və işlərin davam etdirilməsi məsələsində də razılıq əldə etdilər.

0
6