Ümumdünya Şahmat Olimpiada 2016: Bu gün keçiriləcək oyunlar – SİYAHI

Ümumdünya Şahmat Olimpiada 2016: Bu gün keçiriləcək oyunlar – SİYAHI

Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək.

Oxu.Az Report–a istinadən xəbər verir ki, Azərbaycan komandalarını yenə fərqli rəqiblər gözləyir.

Kişilərin mübarizəsində

Azərbaycan-1 Macarıstanla

Azərbaycan-2 Hindistanla

Azərbaycan-3 Livanla üz-üzə gələcək.

2-ci turdan sonra Azərbaycan-1 – 4 xalla 2-ci, eyni xala malik Azərbaycan2 20-ci, 2 xalı olan Azərbaycan3 74-cü pillədə qərarlaşıb.

Qadınların mübarizəsində rəqiblər müvafiq olaraq, Polşa, Almaniya və Qırğızıstandır. 2 turdan sonra Azərbaycan1 4 xalla 19-cu, eyni xala malik Azərbaycan2 28-ci, 2 xalı olan Azərbaycan3 41-ci yerdə gedir.

Qeyd edək ki, III turun bütün görüşləri saat 15:00-da başlanacaq.

0
5