Bu kənddə yaşı bir əsri keçən 700 ahıl yaşayır

Bu kənddə yaşı bir əsri keçən 700 ahıl yaşayır

Aççaroli kəndi (İtaliya) alimləri çoxdan maraqlandırır.

Mütəxəssislər Aççaroli kəndində çoxlu sayda uzunömürlü insanların yaşadığını müşahidə ediblər. Kəndin əhalisi bütün xəstəliklərdən, eləcə də qocalıqla bağlı xroniki xəstəliklərdən sanki sığorta olunub.

Romanın Sapientsa Universitetinin və San-Dieqo tibb məktəbinin alimləri Aççaroli kəndində apardıqları tədqiqatın nəticələrini təqdim ediblər. Çilento sahilinin bir hissəsi olan Aççarolidə sənaye yoxdur, çünki şəhər milli park statusuna malikdir.

Məlum olub ki, kənd əhalisinin böyük hissəsi Aralıq dənizi pəhrizini saxlayır, yəni meyvə, tərəvəz, balıq və zeytun yağı ilə qidalanmağı üstün tutur. Kənddə yaşayan 1081 nəfərdən təxminən 700-nün yaşı 100-ü keçib.

0
7