Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Hərracların nəticələri.

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1.69% azalaraq 43.10 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.75% ucuzlaşaraq 40.36 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 43,88 və 41,57 dollar təşkil etmişdi.

0
23