Antalyada turist gəmisi aşıb: 33 yaralı, 1 nəfər itkin düşüb

Antalyada turist gəmisi aşıb: 33 yaralı, 1 nəfər itkin düşüb

Bakı-APA.  Antalyada turist gəmisi qəzaya uğrayıb, bir Türkiyə vətəndaşı itkin düşüb,  82 nəfər xilas edilib, onlardan 33-ü xəsarət alıb.

APA-nın  “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, hava şəraitinin pisləşməsi səbəbindən kapitan geri dönməyə qərar verib və gəmi geriyə, limana doğru dönərkən aşıb.

0
4