Luizianaya dəyən ziyan 8,7 milyard dolları keçib

Luizianaya dəyən ziyan 8,7 milyard dolları keçib

Daşqınların ABŞ-ın Luiziana ştatına vurduğu ziyanın həcmi 8,7 mlrd. dolları keçib və bu göstəricinin xeyli artacağı qaçılmazdır.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu qubernator Con Edvards deyib.

O, Konqresə 2 mlrd. həcmində yardımın ayrılmasına dair müraciət ünvanladığını və prezident Barak Obamadan bu sorğunu dəstəkləməyi xahiş etdiyini bildirib.   

Onun sözlərinə görə, zərər dəymiş tikililərin siyahısına 55 mindən çox ev daxil edilib. Qubernator bu göstəricinin azı iki dəfə artacağını istisna etməyib.

Luizina ştatında sentyabrın 10-dək fövqəladə vəziyyət elan edilib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.    

0
11