Realiti-şou ulduzuna hücum

Realiti-şou ulduzuna hücum

İngiltərədə realiti-şou ulduzu Holli Rikvud gecə bar əyləncəsindən çıxarkən hücuma məruz qalıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs ağ rəngli tozu 23 yaşlı Rikvudun başına töküb.

Ağzına və gözünə toz dolan Rikvud ətrafı görə bilməyib və yerə yıxılıb. O, bir müddət nəfəs almaqda çətinlik çəkib. Onun yardımına ətrafdakılar gəlib.

H.Rikvud hadisədən sonra Tvitterdə “Nifət edənlər hər zaman nifrət edəcək” deyə açıqlama yayıb.

Qeyd edək ki, Holli Rikvud “Big Brother” yarışmasında məşhurlaşıb.

0
6