Ərdoğan Putinə təşəkkür etdi

Ərdoğan Putinə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb.   

“Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ilk çarter reysinin sərnişinləri Türkiyədə gül-çiçəklə qarşılanıb.

0
6