ABŞ ilk dəfə Türkiyə ərazisindən artilleriyadan İŞİD-i bombaladı

ABŞ ilk dəfə Türkiyə ərazisindən artilleriyadan İŞİD-i bombaladı

ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindən İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə HIMARS raket-zenit sistemlərindən zərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib.

“ABŞ İŞİD-in Suriyanın Türkiyə ilə həmsərhəd ərazisində yerləşən mövqelərinə zərbələr endirib.  Zərbələr bir müddət əvvəl Türkiyə ərazisində yerləşdirilən HIMARS raket-zenit sistemlərindən endirilib”, - deyə Brett Makqerk “Twitter” səhifəsində yazıb.

0
7