Özbəkistan prezidentinin böyük qızı atasının dəfninə gəlməyib

Özbəkistan prezidentinin böyük qızı atasının dəfninə gəlməyib

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Fərqanə” saytı məlumat verib.

Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.

Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib.

78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər. İ.Kərimovun vəfatı haqqında sentyabrın 2-də axşam elan olunub.

0
8