Türkiyə ordusu Suriyada yeni rayonlar azad edib

Türkiyə ordusu Suriyada yeni rayonlar azad edib

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Türkiyənin Kilis əyalətinin Əlibəyli sərhəd kəndindən keçərək, Çobanbəy bölgəsinin mərkəzinə doğru hərəkət edib.

Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan Cerablusdakı "Fırat kalkanı" əməliyyatından sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.

Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.

Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün "Fırat kalkanı" antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.

0
7