Azərbaycan Gürcüstana 8 dəst kənd təsərrüfatı texnikası verdi

Azərbaycan Gürcüstana 8 dəst kənd təsərrüfatı texnikası verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində Marneuli rayon İcra Hakimiyyətində olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, o, burada Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 8 yeni “Belarus” traktorunu Kvemo-Kartli regionunun nümayəndələrinə təhvil verib.

Bildirilib ki, Azərbaycan Prezidenti ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo-Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini deyib. Dövlət başçısının tapşırığına əsasən, bu ilin mart ayında 10 ədəd “Belarus” traktoru və qoşqular Rustavi şəhərində Kvemo-Kartli regionunun rəhbərliyinə təhvil verilib. Bu gün daha 8 ədəd traktor və 8 aqreqat komplekti Marneuli rayonuna təqdim olunub.

Mərasimdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Kvemo-Kartli bölgəsinin qubernatoru və digər rəsmi şəxslər iştirak ediblər.

0
10