Türkiyədə PKK terrorçuları ilə döyüşlər

Türkiyədə PKK terrorçuları ilə döyüşlər

Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK terror qruplaşmasının yaraqlıları ilə türk hərbçilər arasında baş verən atışma zamanı üç hərbi qulluqçu həlak olub, daha 23 əsgər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı şənbə günü, sentyabrın 3-də, Haber 7 qəzeti yayıb.

Toqquşmalar baş verən rayona Türkiyə SQ-nin əlavə qüvvələri göndərilib.

Qeyd edək ki, undan əvvəl Van əyalətində terror əleyhinə əməliyyat nəticəsində Türkiyə ordusu səkkiz şəhid vermişdir, daha səkkiz hərbçi isə yaralanmışdır.

0
8