Milli Dram Teatrının kollektivi Yaşar Nurinin məzarını ziyarət edib

Milli Dram Teatrının kollektivi Yaşar Nurinin məzarını ziyarət edib

Akademik Milli Dram Teatrının kollektivi xalq artisti Yaşar Nurinin məzarını ziyarət edib.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb, onun yaratdığı obrazlar qalereyasına nəzər salıb.

Azər Paşa Nemət bildirib ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və Azərbaycan mədəniyyəti var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaq.

Teatr direktoru əlavə edib ki, 2016-cı ilin oktyabr ayında Yaşar Nurinin anadan olmasının 65 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xatirə tədbiri keçiriləcək.

Ziyarətdə Yaşar Nurinin ailə üzvləri də iştirak edib. Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin xatirəsini əziz tutduğuna və daim ehtiramla yad etdiklərinə görə teatr kollektivinə minnətdarlığını bildirib.

0
10