Bakıda mənzildən külli miqdarda pul oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb

Avqustun 29-da Bakı şəhər sakini Aslan Yaqubovun evindən 50 000 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakini Ruslan Qurbanov tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

0
9