Azərbaycanda gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Oxu.Az DGK-yə istinadən xəbər verir ki, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 1 000 ədəd “Marlboro” və 13 200 ədəd “NZ” markalı siqaretlər aşkar edilib.

“Xanoba” gömrük postunda Rusiyadan digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2 000 ədəd “NZ” markalı siqaret aşkar edilərək götürülüb.

0
7