Amerikanın beş ştatında fövqalədə rejim elan edildi – VİDEO

Amerikanın beş ştatında fövqalədə rejim elan edildi – VİDEO

“Ermina” qasırğasına görə, Amerikanın beş ştatının ərazisində Fövqəladə hal rejimi elan edilib. Təbii fəlakət nəticəsində 300 min ev və təssərrüfat tikilisi elektrik enerjisinin təchizatı kəsilib.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Florida, Corciya və Şimali Karolinada fövqəladə hal rejimi sentyabrın 1-dən elan edilib, Virciniya və Merilend ştatlarında isə təxminən bir sutka sonra fövqəladə rejim elan eidlib, TASS bu barədə ştatların qubernatorlarının rəsmi saytlarına istinadən məlumat yayıb.

Təbii fəlakətdən ən çox Florida ştatı zərər görüb. Tampa, Tallahasi və digər şəhərlərin bir sıra rayonalrında küçələri su basıb, ağaclar aşıb, elektrik xəttləri qırılıb. Onlarla insan təxliyyə edilib.

Hazırda “Ermina” qasırğası şimali-şərq istiqamətində irəliləyir. Qasırğa Floridadan keçib və Cənubi Karolina sahillərinə yaxınlaşıb, bu ərazidə fövqəladə hal rejimi elan edilməyib.

0
10