Daha bir boksçumuz Olimpiadaya lisenziya qazandı

Daha bir boksçumuz Olimpiadaya lisenziya qazandı

Turnir Türkiyənin Samsun şəhərində keçirilir.

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir.

Oxu.Az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın üzvü, 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub.

İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı, Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Xatırladaq ki, bu gün 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini tam üstünlüklə - 30-25 hesabı ilə məğlub edən C.Çələbiyev finala adlamaqla yanaşı, Rio Olimpiyadasına da vəsiqə qazanıb.

Eyni uğuru qadın boksçumuz Yana Alekseyevna təkrarlayıb. O, Olimpiya çempionu, 4 qat dünya və 5 qat Avropa birincisi olan K.Teylora qalib gələrək olimpiadaya lisenziya qazanıb.

0
41