Dünyanın ən böyük təyyarəsi sahibini dəyişir

Dünyanın ən böyük təyyarəsi sahibini dəyişir

Ukraynaya məxsus, yerli dildə “Xəyal” mənasını verən “Mriya” adlı “An-225” markalı təyyarə brendi Çinin hava yolları şirkətinə satılıb.

Oxu.Az bu barədə Report-a istinadla xəbər verir.

Məlumata görə, bununla bağlı Ukraynanın dövlətə məxsus “Antonov” şirkəti ilə “China Airspace” şirkəti arasında müqavilə bağlanılıb. Müqaviləyə əsasən, bundan sonra “An-225” təyyarələrinin istehsalı və onlara texniki xidmət göstərilməsi Çində həyata keçiriləcək.

Çin istehsalı olan ilk “An-225”in 2019-cu ilin sonuna qədər ərsəyə gətirilməsi gözlənilir. Beləliklə, bu ölkə dünyanın ən böyük təyyarəsinin istehsalçısına çevriləcək.

Amma maraqlıdır ki, Ukrayna tərəfi Çin mətbuatının yazdığını təkzib edib. “Antonov” şirkətindən verilən açıqlamada bildirilib ki, Çin şirkəti ilə yalnız əməkdaşlığa dair saziş imzalanıb:

“Saziş modernləşdirilmiş sayca ikinci “An-225” təyyarəsinin istehsalını nəzərdə tutur”.

Xatırladaq ki, “An-225” təyyarələri Ukraynada ilk dəfə 1985-88-ci illərdə, SSRİ dövründə istehsal edilib. 2001-ci ildə bu təyyarələrdən daha biri bir qədər modernləşdirilmiş formada istehsal edilib və indiyə qədər istismar edilir.

0
13