Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfninə gedib

Azərbaycan nümayəndə heyəti İslam Kərimovun dəfninə gedib

Milli Məclis (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Oxu.Az-a bu barədə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, nümayəndə heyətinə O.Əsədovla yanaşı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allühşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.

N.O.

0
9