Türkiyədə tanınmış müğənni barədə HƏBS QƏRARI

Türkiyədə tanınmış müğənni barədə HƏBS QƏRARI

Türkiyədə FETÖ qruplaşmasına qarşı genişmiqyaslı həbslər davam etdirilir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, təşkilatın media strukturlarındakı qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində daha 4 nəfər həbs edilib. Məhkəmə qərarı ilə bir neçə gün əvvəl saxlanılan tanınmış müğənni Atilla Taş, jurnalistlər Murad Aksoy, Mutlu Çölgeçen və Gökçə Fırat Çulhaoğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

FETÖ-nün media qoluna qarşı həbslərin davam edəcəyi bildirilir.

0
6