Kərimovun dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir

Kərimovun  dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir

17 dövlətin nümayəndəsi Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə respublikanın nazirlər kabinetinin mətbuat xidmətinin nümayəndəsi bəyan edib.

“17 dövlətin nümayəndəsi dəfn məraisimində iştirak etmək üçün gəlib, saat 12.00-da (Bakı vaxtı ilə 11.00) başlayacaq mərasimin keçirilməsi üçün hər şey hazırdır”, - agentliyin həmsöhbəti bildirib.

Kərimovun nəşini Daşkənddən gətirən təyyarəni Özbəkistanın minlərlə sakini qaşrılayıb.

N.O.

0
9