Azərbaycan şahmatçıları Olimpiadada - FOTOREPORTAJ

Azərbaycan şahmatçıları Olimpiadada - FOTOREPORTAJ

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Oxu.Az-ın “Report”a istinadla məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.

Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gəlib. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar. Azərbaycan komandalarının hamısı startda qalib gəlib.

Azərbaycanın 3 komandası Lesoto ilə qarşılaşmada texniki qələbə qazanıb. 24 şahmatçıdan yalnız 2-si qalib gələ bilməyib. Bunlardan Vasif Durarbəyli partiyasında heç-heçə edib, Ülviyyə Fətəliyeva isə uduzub.

0
45