Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar

Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar

“Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zükerberq “WhatsApp” və “Messenger” əlavələrini birləşdirmək niyyətində deyil.

Oxu.Az lent.az-a istinadən bildirir ki, belə bir bəyanatla M.Zükerberq Cənubi Afrika Respublikasının KİV-lərinə müsahibəsində çıxış edib.

“Facebook”un baş direktoru hesab edir ki, hər iki əlavə müxtəlif növ ünsiyyət üçün nəzərdə tutulub və hər birinin 1 milyarddan artıq istifadəçisi var.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu günlərdə isə “WhatsApp” elan edib ki, “Facebook”un istifadəçi məlumatlarını bölüşəcək.

0
8