Nazir: “Türk axını”na dair saziş bir ay ərzində imzalana bilər

Nazir: “Türk axını”na dair saziş bir ay ərzində imzalana bilər

Rusiya və Türkiyə yaxın bir-iki ay ərzində “Türk axını” üzrə hökumətlərarası sazişlə bağlı razılığa gələ bilər.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Energetika naziri Aleksandr Novak bəyan edib.

“Hazırda layihəni həyata keçirmək üçün biz türk tərəfdaşlarımız ilə konkret addımları müzakirə edirik. Müvafiq “yol xəritəsi” tərtib olunaraq Türkiyə tərəfinə təqdim edilib. Həmçinin layihə ilə bağlı işçi qrup yaradılıb, dövlətlərarası sazişin layihəsi hazırlanıb”, deyə A.Novak bildirib.

Onun sözlərinə görə, ən yaxşı halda 2019-cu ilin sonunadək türk istehlakçılarını təmin etmək üçün ilk boru xətti inşa ediləcək.

0
8