İran və Dağıstan Azərbaycandan keçən mal dövriyyəsini azaltmaq istəyir

İran və Dağıstan Azərbaycandan keçən mal dövriyyəsini azaltmaq istəyir

“Bizim liman - əməkdaşlıq üçün gözəl imkandır”.

Dağıstanın rəhbəri Ramazan Abdulatipov ilk işgüzar görüşünü İranın “Hamrahiyan” investisiya şirkətinin rəhbəri Həmid Hamrahiyan ilə keçirib. 

Oxu.Az bu barədə “Dağestanskaya pravda”ya istinadən xəbər verir. 

Söhbət zamanı Ramazan Abdulatipov Dağıstanın İran investorları ilə əməkdaşlığının vacibliyini vurğulayıb. 

“Təəssüf ki, İran ilə mal dövriyyəsi azalır, baxmayaraq ki, müasir şərtlər ikitərəfli əməkdaşlıq üçün böyük imkanlar verir”, - Ramazan Abdulatipov deyib. 

Daha sonra o, Mahaçkala dəniz limanının İran ilə əməkdaşlıq imkanlarından danışıb.

“Bizim liman – İran ilə əməkdaşlıq üçün gözəl imkandır, biz isə hələ də yükləri yerüstü və hava nəqliyyatı ilə daşıyırıq, bu isə baha başa gəlir”, - R.Abdulatipov bildirib. 

H.Hamrahiyan qeyd edib ki, İran və Dağıstan arasında mal dövriyyəsi əvvəllər Azərbaycan vasitəsilə yerinə yetirilirdi.

“Əgər Mahaçkala limanı fəal işləsə, təbii ki, bu axın Dağıstana keçə bilər”, - H.Hamrahiyan deyib.  

0
34