Sorğu: Tramp yenidən önə keçdi

Sorğu: Tramp yenidən önə keçdi

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibini, demokratların namizədi Hillari Klintonu 1% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə  istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Tramp seçicilərin səsinin 40 faizini, Klinton isə 39 faizini toplaya bilər.

Son rəy sorğusu avqustun 26-dan sentyabrın 1-dək keçirilib. Qeyd olunur ki, milyardçı Tramp seçkiqabağı kampaniya çərçivəsində indiyədək iki dəfə, may ayı və iyulun sonunda, Klintonu geridə qoya bilib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

0
12