Bu avadanlıqlar gömrük rüsumundan azad edildi- QƏRAR

Bu avadanlıqlar gömrük rüsumundan azad edildi- QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemlərinin gömrük idxal rüsumundan azad edilməsini nəzərdə tutur.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.

0
26