Türkiyədə terrorçularla toqquşmalar: 6 əsgər şəhid oldu

Türkiyədə terrorçularla toqquşmalar: 6 əsgər şəhid oldu

Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4  əsgər şəhid olub.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.

Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində  qarşıdurmanın davam etdiyi bildirilir.

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda  2 əsgər ölüb.

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.

0
11