Şahmat Olimpiadası- 2016: Bütün yığmalarımız qələbə qazandı

Şahmat Olimpiadası- 2016: Bütün yığmalarımız qələbə qazandı

Bu gün Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən yarışda 180 kişi, 141 qadın komandası bir-birini sınağa çəkir.

Azərbaycan Olimpiadada ilk dəfə 6 yığma ilə mübarizə aparır. Həm kişilərin, həm də qadınların yarışında 3 komandamız zəkasını yoxlayır.

Kişilərdən ibarət əsas komandamız I turda Zimbabve ilə qarşılaşıb. Gözlənildiyi kimi görüş milimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan-2 isə Mozambiklə matçda 3 qələbə və bir heç-heçə ilə 3.5:0,5 hesablı qalibiyyətə sevinib. Üçüncü yığmamız - Azərbaycan-3 Papua Yeni Qvineyaya şans verməyib - 4:0.

Qadınlardan ibarət əsas komandamızın rəqibi isə Nikaraqua şahmatçıları olub. Digər yığmalarımız müvafiq olaraq, Yaponiya və Lesoto ilə qarşılaşıblar. Xanım zəka sahiblərimiz də kişi həmkarları kimi heç bir rəqiblərinə şans verməyiblər. Hər üç yığmamız 4:0 hesablı qələbəyə sevinib.

Olimpiada-2016

I tur

Kişilər

Azərbaycan-1 (2705) – Zimbabve (2256) - 4:0

Şəhriyar Məmmədyarov (2761) – Rodvell Makato (2405) - 1:0

Teymur Rəcəbov (2722) – Mandija Faray (2363) - 1:0

Arkadi Naydiç (2696) – Spenser Masanqo (2200) - 1:0

Eltac Səfərli (2688) – Emarald Muşore (2187) - 1:0

Azərbaycan-2 (2576) – Mozambik (2138) - 3.5:0.5

Vasif Durarbəyli (2612) – Mateus Alis (2164) - 0.5:0.5

Nicat Abasov (2552) – Vilton Kalikoca (2190) - 1:0

Qədir Hüseynov (2625) – İlidio Çunquan (2034) - 1:0

Namiq Quliyev (2577) – Donaldo Payva (2164) - 1:0

Papua Yeni Qvineya (1944) - Azərbaycan-3 (2350) - 0:4

Stuart Fans (1995) – Vüqar Əsədli (2406) - 0:1

Helmut Marko (1939) – Nail Bəşirli (2387) - 0:1

Amin Kabilov (0) – Məhəmməd Muradlı (2331) - 0:1

Kraiq Skehan (0) – Pərviz Qasımov (2323) - 0:1

Qadınlar

Nikaraqua (1808) – Azərbaycan-1 (2320) - 0:4

Katya Mendieta (1943) – Zeynəb Məmmədyarova (2295) - 0:1

Mariya Qranados Diaz (1831) – Gülnar Məmmədova (2304) - 0:1

Pameya Alarson (1834) – Aydan Höccətova (2339) - 0:1

Mariya Moraqa (1732) – Nərmin Kazımova (2302) - 0:1

Yaponiya (1718) – Azərbaycan-2 (2248) - 0:4

Mirai İşizuka (1778) – Türkan Məmmədyarova (2304) - 0:1

Karen Hoşino (1802) – Xəyalə Abdulla (2214) - 0:1

Azumi Sakai (1703) – Ülviyyə Fətəliyeva (2234) - 0:1

Musaki Şibata (1638) – Nərgiz Umudova (2247) - 0:1

Lesato (1251) – Azərbaycan-3 (2016) - 0:4

Maboloko Leboela (1406) – Nərmin Məmmədova (2230) - 0:1

Tiisetso Hatane (0) – Xanım Balacayeva (2147) - 0:1

Nqatan Lyeketsenq (0) – Gövhər Beydullayeva (1994) - 0:1

Makferson Naleli (1259) – Aynur Katanova (1784) - 0:1

0
18