İslam Kərimov Səmərqənddə dəfn ediləcək- Özbəkistan hökuməti

İslam Kərimov Səmərqənddə dəfn ediləcək- Özbəkistan hökuməti

Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

0
6