Türkiyədə 57 terrorçu zərərsizləşdirildi

Türkiyədə 57 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri ölkənin cənub-şərqində terrorçulara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, son əməliyyatın nəticəsi olaraq 27 terrorçu öldürülüb. Daha 30 terrorçu isə yaralı halda ələ keçirilib.

Açıqlamada bildirilir ki, əməliyyatlarda ordu 1 şəhid verib. 6 hərbçi isə yaralanıb.

Əməliyyatlar davam etdiriləcək.

0
11