Peterburqda 4 “BMW”ni 100 saniyəyə oğurladılar

Peterburqda 4 “BMW”ni 100 saniyəyə oğurladılar

Sankt-Peterburq şəhərində “BMW” avtosalonundan 100 saniyəyə dörd avtomobil oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Delovoy Peterburq” nəşri yazır.

Hadisə cümə axşamı, sentyabrın 1-də, baş verib. Polis şöbəsinə avtosalonun meneceri şikayət ərizəsi ilə müraciət edib.

Onun sözlərinə görə, üzləri bağlı olan dörd nəfər “test drive” üçün nəzərdə tutulmuş X6, X5 və beşinci və yeddinci seriya BMW markalı avtomobillərə yaxınlaşıblar.

Öz açarları qapıları açan soyğunçular avtomobilləri salondan çıxararaq naməlum istiqamətdə sürüblər.

Polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlasa da, cinayətkarları tutmaq mümkün olmayıb.

Bildirilir ki, şirkətə 19 milyon rubl dəyərində ziyan dəyib. Faktla bağlı cinayət işi açılıb.

0
11