Rusiya FHN rəisi ölüb

Rusiya FHN rəisi ölüb

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəisi Oleq Fedyur xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Deyta” agentliyi məlumat yayıb.

İdarədə Fedyurun ölüm faktını təsdiqləyiblər. Hadisə sentyabrın 2-də Uborka Çuquyevsk rayonunda baş verib.

Şahidlərin sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Region üzrə Dövlət İdarəsinin rəisi və xlaediciləri olan Şumnı qəsəbəsindən Uborka qəsəbəsinə gedən “KamAZ” markalı avtomobil suda batıb.

“Rəis şəxsi heyəti xilas etsə də, özü maşından çıxmağa fürsət tapa bilməyib. Kuzovda olanlar xilas olublar, amma kabinədən oturanlar ölüb. “KamAZ” körpünün altında batıb”, - agentliyin məlumatında deyilir.

N.O.

0
10