Rusiyada erməni fərari-zabit saxlanıldı

Rusiyada erməni fərari-zabit saxlanıldı

Ermənistanın silahlı qüvvələrinin fərari hərbçisi Tobolskda saxlanılıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tümen vilayətinin prokurorluğu bu gün məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Ermənistan vətəndaşı Vage Ohanesyan erməni ordusunda 2009-cu ildən xidmət edir. 2016-cı ilin fevralında bölük komandiri, 28 yaşlı Ohanesyan məzuniyyətə çıxıb və ölkəni tərk edib. Fakt üzrə “fərarilik” maddəsi ilə cinayət işi açılıb. Ona qarşı qiyabi olaraq ittiham irəli sürülüb.

“Avqustun iyirmi doqquzunda Ohanesyan Tobolskda polis əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanışı zamanı onun axtarışda olduğu məlum olub. Məhkəmənin qərarı ilə qaçaq gözaltına alınıb”, - məlumatda bildirilib.

Prokurorluğun məlumatına görə, Ohanesyana qarşı ekstradisiya yoxlaması aparılıb, onun Ermənistana təhvil verilməsi məsələsinin həlli üçün materiallar Rusiya Baş Prokurorluğuna göndərilib.

N.O.

0
11