Putin neft hasilatının dondurulmasından danışdı

Putin neft hasilatının dondurulmasından danışdı

Rusiya prezidenti Vladimir Putin neft ixrac edən dövlətlərin qara qızıl hasilatının dondurulmasına dair razılıq əldə edəcəklərinə ümidvar olduğunu və bunu dünya energetikası üçün doğru qərar hesab etdiyini bildirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bardə o, “Bloomberg” informasiya holdinqinə verdiyi müsahibəsində bildirib.

“Düşünürəm ki, əslində iqtisadi məqsədyönlülük və məntiq baxımından kompromiss tapmaq doğru olardı, əminəm ki, bunu hamı başa düşür. Məsələ iqtisadi yox, siyasi müstəvidədir. Mən ümidvar olmaq istərdim ki, bazarın bütün iştirakçıları enerji daşıyıcılarının dünya qiymətlərinin sabit və ədalətli olmasında maraqlıldırlar və sonda lazımi qərarı qəbul edəcəklər”, - Putin deyib.

İranın öz mövqelərini kompensasiya etməsinə imkan verərək Moskvanın neft hasilatının dondurulmasını dəstəkləyə biləcəyinə dair suala cavab verərkən Rusiya prezidenti “Bəli” deyib.

N.O.

0
11