Azərbaycan Prezidenti San-Marinonun kapitan-regentlərini təbrik edib

Azərbaycan Prezidenti San-Marinonun kapitan-regentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqolinini ölkələrinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm”.

N.O

0
26